22:21 26.03.2021 776

Millimizin futbolçuları Qətərlə oyundan nə gözləyir? - AÇIQLAMALAR

"Hər matça necə hazırlaşırıqsa, Qətər millisi ilə görüşə də elə hazırlaşırıq. Rəqibin oyununu izləmişik. Baş məşqçi necə oynamaq lazım olduğunu bizə izah edib".

Fanat.Az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Şəhriyar Əliyev Qətər yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl federasiyanın rəsmi saytına açıqlamasında deyib.

"Keşlə" klubunda çıxış edən 29 yaşlı müdafiəçi sabahkı qarşılaşmada yaxşı nəticə qazanmaq istədiklərini bildirib: "Bu oyun həm də digər futbolçuların oynamaları, təcrübə qazanmaları baxımından yaxşı fürsətdir. Millidə hər mövqedə ciddi rəqabət var. Bu rəqabət müdafiə xəttində xüsusillə fərqlənir. Təbii ki, rəqabət olan yerdə inkişaf olur. Milli komandada oynamaq şərəfdir. Baş məşqçi şans verəcəyi təqdirdə özümü sübut edib, əsas heyətin üzvü olmağa çalışacağam”.

Hücumçu Amil Yunanov Qətərlə görüşə ciddi yanaşdıqlarını vurğulayıb: "Rəqib yaxşı komandadır. Məşqlərdə əsasən taktiki çalışmalara üstünlük veririk. Əsas çatışmazlığımız yaratdığımız imkanlardan yetərincə istifadə edə bilməməyimizdir. Baş məşqçi hücumda nə etməli olduğumuzu deyir. Bir hücumçu kimi həm taktiki, həm də fiziki cəhətdən hazır olmağa çalışıram ki, əsas heyətdə yer alım. Amma etiraf etmək lazımdır ki, hücum xəttində yer alan Mahir Emreli, Əli Qurbani, Ramil Şeydayev kimi futbolçularla rəqabət aparmaq elə də asan deyil. Ona görə istər oyunlarda, istərsə də məşqlərdə maksimum çalışmaq lazımdır ki, rəqabətə tab gətirə biləsən. Oynamaq imkanı əldə edərəmsə, özümü sübut etməyə çalışacağam”.

Yarımmüdafiəçi Xəyal Nəcəfov bu oyunda hər şeyin özlərindən asılı olduğunu söyləyib: "Kollektiv şəkildə təşkilatlansaq, mübarizə aparsaq, nəticə qazanacağıq. Baş məşqçi məşqlərdə hər bir futbolçuya xüsusi diqqət yetirir. Kim daha hazır vəziyyətdədirsə, ona da şans verir. Biz futbolçular əsas heyətdə yer almaq üçün məşqlərdə səylə çalışırıq. Artıq Millətlər Liqasında Monteneqro yığması ilə oyunda millinin heyətində debüt etmişəm. Təbii ki, bununla kifayətlənmək olmaz. Əsas heyətdə yer almaq üçün əlimdən gələni edirəm”.

"Qarabağ" klubunda çıxış edən və yığmaya ilk dəfə dəvət alan gənc futbolçu Toral Bayramovun fikirləri isə belə olub: "Milli komandaya dəvət almaq, formasını geyinmək hər bir futbolçunun arzusudur. Mən aşağı yaş qrupu üzrə millilərdə də oynamışam. O yığmalarda ab-hava tam fərqli olurdu. Hamısı öz yaş qrupumuza aid, birlikdə futbol oynadığımız uşaqlar idi, hamı biri-birini tanıyırdı, bir qədər sərbəstlik vardı. Əsas millidə isə vəziyyət tam fərqlidir. Hətta ilk günlər A millidə necə qarşılanacağımı, məni nələrin gözlədiyini bilmirdim. Komandada hamı məni çox pozitiv qarşıladı. Sanki daha əvvəllər birlikdə oynamışıq. Bizim kimi gənc oyunçulara fürsət verdiyi üçün Canni De Byaziyə təşəkkürümü bildirirəm. Debüt edəcəyim oyunu səbirsizliklə gözləyirəm. Həyəcanlı olduğumu deyə bilmərəm, ümumiyyətlə, hansısa oyunda həyəcan keçirdiyimi xatırlamıram”.

Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

Facebookdan bizi izləməyi unutmayın.
X