11:41 27.03.2021 804

Şahin Diniyev: "Qətərlə qarşılaşmaya barmaqarası yanaşmaq düzgün deyil"

"Portuqaliya ilə görüşdəki 0:1 hesabı normaldır. Hesabı kənara qoyaq. Bu rəqibə qarşı başqa cür oynamaq, topa nəzarət etmək mümkün deyil. Onların futbolçularının ustalıq səviyyəsi bizim oyunçulardan qat-qat üstündür".

Bu fikirləri "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Azərbaycan yığmasının Portuqaliyaya uduzduğu DÇ-2022-nin seçmə oyunu barədə danışarkən deyib.

56 yaşlı mütəxəssis bildirib ki, rəqibin hücum futboluna üstünlük verəcəyi əvvəlcədən bəlli idi: "Onlar məcbur etdi ki, bizim komanda müdafiədən oynasın. Portuqaliya topu itirəndən sonra dərhal qazanmaq istəyirdi. Meydanın hər yerində güclü presssinq edirdilər və bizim futbolçuların hücum qurmaq ehtimalı olmurdu. Biz müdafiədə səhvsiz oynamaq istəyirdik, bu isə mümkün olmadı. Rəqib çoxlu qol epizodları yarada bilirdi. İndi deyə bilmərik ki, bu rəqibə qarşı hücum futbolu oynamalıydıq, hücum etməliydik, uduzmamalıydıq. Bu, reallıqdan kənar fikirdir. Məncə, bugünkü duruma görə hesab normaldır. Qapıçı Şahruddin Məhəmmədəliyevin də oyununu qeyd etmək lazımdır. O görüş ərzində 14 qurtarışla yadda qaldı və Avropa zonasında ən çox "seyv" edən qapıçı idi. Bu da onu göstərir ki, müdafiəçilərimiz daha etibarlı oynamalıdırlar".

Yığmanın sabiq baş məşqçisi buraxılan qol haqqında da danışıb: "Futbolda belə qanunlar var ki, qapıçı irəli çıxanda qışqırırsa, müdafiəçilər çəkilməlidir. Biz bilmirik ki, Şahruddin topa tərəf gedəndə qışqırıbmı. Onun səsi gəlirsə, səhv müdafiəçidədir. Səslə deyirsə, top mənimdir və ya başqa nəsə deyirsə, müdafiəçinin səhvidir. Qapıçı meydanı daha yaxşı görür. Müdafiəçiyə səslə işarə edən odur. Əgər qışqırıbsa, səhv medafiəçidə, qışqırmayıbsa, özündədir".

Diniyev yığmanın hər iki hissədə fərqli çıxış etdiyini söyləyib: "Bizim necə oynayacağımız rəqibdən asılı idi. Matça diktə edən tərəf Portuqaliya idi. İkinci yarıda onların motivasiyası bir az düşmüşdü. Rəqib necə imkan verdi bizim futbolçular da elə oynadı. Meydandakı müdafiəçilərimizin sayı da çoxluq təşkil edirdi. Belə olan təqdirdə hücum qurmaq çətin olur. Əks hücum yaratmaq üçün 3-4 futbolçu rəqib meydanında olmalıdır. Arxadan gələnlər də zərcirvari onlara bağlanmalı idi. 1-2 futbolçu ilə əks hücum qurmaq olmaz. Hansısa futbolçu qaçırsa, onun arxasında, sağında və solunda futbolçu olmalıdır. Portuqaliya əks hücumlara da imkan vermirdi. Topu itirən kimi pressinq edib qazanırdılar".

Mütəxəssis Qətər və Serbiya ilə görüşlərə də toxunub. Diniyev baş məşqçi Canni De Byazinin 30 futbolçuya dəvət göndərdiyini və hamısından 3 oyunda istifadə etmək istədiyini sözlərinə əlavə edib: "Birinci matçda 16 futbolçu meydanda oldu. Bizim futbolçular eyni səviyyədədir. Aralarında bir az fərq ola bilər və ikinci heyət anlayışı yoxdur. Portuqaliyaya qarşı daha çox müdafiəyə meyilli oynadıq. Top almaq qabiliyyəti çox olanlar meydana çıxdı. Topla oynayan və texnikalı oyunçulardan az istifadə edildi. Qətərlə görüşdə bir az balans yaratmalıyıq. Onlar da zəif rəqib deyil. Əslində yoldaşlıq görüşü olmasına baxmayaraq, yığmanın bütün oyunları vacibdir. Əgər milli bu qrupdan final mərhələsinə vəsiqə qazanmağı qarşısına məqsəd qoysaydı, onda başqa cür olardı. Hazırda elə məqsəd yoxdur. Ona görə hər oyuna ciddi yanaşmaq lazımdır. Serbiya və Qətərlə matçda oynamayan futbolçulara şans vermək olar. Qətərlə qarşılaşmaya barmaqarası yanaşmaq düzgün deyil".

Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb. Bu gün Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib.

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X