Daha bir türk futbolçu "Liverpul"a transfer olunur.
Fanat.Az xəbər verir ki, Ozan Tufanın çıxış etdiyi İngiltərə klubu "Trabonspor"da forma geyinən Uğurcan Çakıra elçi düşüb. Hətta "Liverpul"un nümayəndələri ötən gün keçirilən Norveç - Türkiyə oyununda (0:3) 24 yaşlı qolkiperi canlı izləyiblər.
Qeyd edək ki, Uğurcan Çakır "Trabzonspor"un yetirməsidi. 24 yaşlı qapıçı bu mövsüm 29 oyunda komandanın formasını geyib. "Transfermarkt"ın 16 milyon avro qiymət qoyduğu futbolçu üçün "Liverpul"un 20 milyon avro təklif edəcəyi deyilir.