Rusiya millisinin 10 futbolçusu bu gün dopinq testdən keçib.
Fanat.Az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Dopinq testdən keçən futbolçuların adları açıqlanmayıb. Prosedurun nizamlı həyata keçirildiyi bildirilib.
Qeyd edək ki, Rusiya yığması martın 30-da Slovakiyanın qonağı olacaq. Komanda ilk turda səfərdə 0Maltanı 3:1, ikinci oyunda isə evdə Sloveniyanı 2:1 hesabı ilə üstələyib.
Fanat.Az