Polşa millisi ulduz futbolçusu Robert Levandovskinin xidmətindən məhrum olub.
Fanat.Az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, 32 yaşlı hücumçu zədələnərək sıradan çıxıb.
Bu səbəbdən o, DÇ-2022-nin seçmə mərhələsinin III turu çərçivəsində keçiriləcək İngiltərə – Polşa matçını buraxmalı olacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma martın 31-də baş tutacaq.
Fanat.Az