Tanınmış qapıçı Canluici Buffon "Yuventus"u tərk edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.
Xəbərə görə, 43 yaşlı əlcək ustası mövsümün sonunda "Qoca sinyora"dan ayrılmağı planlaşdırır.
Nəşrin yazdığına görə, canlı əfsanə baş məşqçisi Andrea Pirlonun ona meydanda az vaxt verməsindən narazıdır. Buffon hazırda İtaliya və ölkə xaricindən gələn təklifləri dəyərləndirir.
Fanat.Az