Türkiyəli məşqçi Yılmaz Vural karyerasını "Ərzurumspor"da davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb.
Xəbərə görə, artıq tərəflər arasında razılıq əldə olunub. Yaxın günlərdə 68 yaşlı mütəxəssislə müqavilə imzalanacağı bildirilir.
Qeyd edək ki, martın 23-də İsmayıl Kartalı baş məşqçi təyin edən "Ərzurumspor" rəhbərliyi 5 gün sonra onu istefaya göndərib.
Fanat.Az