Almaniya millisinin futbolçusu Toni Kroosun yığmadakı karyerasını bitirəcəyi vaxt məlum olub.
Fanat.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Avro-2020-dən sonra daha milli formanı geyinməmək qərarına gəlib.
Təcrübəli yarımmüdüfiəçinin "Real"dakı oyunlarına daha yaxşı hazırlaşmaq üçün bu addımı atdığı bildirilib.
Qeyd edək ki, Kroos Almaniya millisinin heyətində 101 oyunda iştirak edib və 17 qola imza atıb.
Fanat.Az