"Azərbaycanın Portuqaliyaya qarşı oyununu izləmişik. Planlı komandadır”.
Fanat.Az xəbər verir ki, bunu Serbiya millisinin futbolçusu Filip Dyuriçiç deyib.
O, DÇ-2022-nin seçmə mərhələsinin III turunda Azərbaycanla keçiriləcək oyunöncəsi mətbuat konfransında iştirak edib.
Yarımmüdafiəçi Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma ilə bağlı belə danışıb: "Rəqibin italiyalı baş məşqçisini tanıyıram. Aqressiv oyun gözləyirik. Özümüzü sabah daha uğurlu görürəm. De Byazi Albaniya yığmasında uğur qazanıb. Ancaq biz öz oyunumuz barədə düşünürük”.
29 yaşlı oyunçu mümükün yenilgini faciə saymayacaqlarını qabardıb: "Biz zəfərə köklənmişik. Amma uduzsaq, bu, bizim üçün faciə olmayacaq. Əl sıxıb növbəti görüşə köklənəcəyik”.
"Sassuolo”nun hücumameyilli oyunçusu komandada arxayınlıq olmadığını sözlərinə əlavə edib: "Bizdə sadəcə əminlik var. Baş məşqçimiz yenidir, komandada düşüncə dəyişikliyi var. Qələbə üçün oynayacağıq. Portuqaliya ilə görüşdən sonra əminliyimiz daha da artıb”.