00:48 31.03.2021 845

DÇ-2022: Türkiyə büdrədi, Belarus rüsvay oldu

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tur start götürüb. 

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 10 görüş reallaşıb.

Azərbaycan milli komandasının Serbiyanı qəbul etdiyi və məğlubiyyətə üzüldüyü gündə A qrupunun favoriti Portuqaliya da səfərdə Lüksemburqla münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu görüşdə əzmkar qələbəyə seviniblər.

E qrupunda lider Çexiya səfərdə Uelslə qarşılaşıb və minimal hesabla uduzub. Qrupun digər favoriti Belçika yığması isə Belarusu sınağa çəkib və rəqibini 8 cavabsız qolla yenib. Bu hesab qonaqların ən ağır yenilgisi kimi tarixə düşüb.

G qrupunda yer alan və ilk iki turda maksimum nəticə göstərən Türkiyə millisi bu dəfə Latviya ilə qarşılaşıb. Qardaş ölkə təmsilçisi 3 qol vurduğu bu oyundan xal itkisi ilə ayrılıb. Niderland yığması Cəbəllütariqin qonağı olub və 7 cavabsız qola sevinib. Norveç seçməsi də Monteneqroya səfərdə qalib gəlib.

Rusiya yğması bu dəfə Slovakiyanı sınağa çəkib və məğlubiyyətlə üzləşib. Xorvatiyanın Maltanı qəbul etdiyi və darmadağına sevindiyi gündə H qrupunun daha bir matçı Kipr və Sloveniya yığmaları arasında baş tutub. Bu oyunda meydan sahibləri minimal hesabla üstün olublar.

DÇ-2022-nin seçmə mərhələsi
30 mart

A qrupu

Azərbaycan – Serbiya 1:2
Qollar: E.Mahmudov, 59-pen – A.Mitroviç, 16; 81

Lüksemburq – Portuqaliya 1:3
Qollar: J.Rodriqes, 30 – Jota, 45+2. Ronaldo, 51. Palinya, 80.

Serbiya – 7, Portuqaliya – 7, Lüksemburq – 3, Azərbaycan – 0, İrlandiya – 0.

E qrupu

Belçika – Belarus 8:0
Qollar: Batşuayi, 14. Vanaken, 17; 89. Trossard, 38; 76. Doku, 42. Praet, 49. Benteke, 70.

Uels – Çexiya 1:0
Qollar: D.Ceyms, 82.

Belçika – 7, Çexiya – 4, Belarus – 3, Uels – 3, Estoniya – 0.

G qrupu

Cəbəllütariq – Niderland 0:7
Qollar: Berqeys, 42. De Yonq, 55. Depay, 61; 89. Veynaldum, 62. Malen, 64. Van de Beek, 85.

Monteneqro – Norveç 0:1
Qol: Sörlot, 35.

Türkiyə – Latviya 3:3
Qollar: K.Karaman, 2. H.Çalhanoğlu, 33. B.Yılmaz, 52-pen – Savalnieks, 35. Uldrikis, 58. İkanueks, 79.

Türkiyə – 7, Monteneqro – 6, Niderland – 6, Norveç – 6, Latviya – 1, Cəbəllütariq – 0.

H qrupu

Kipr – Sloveniya 1:0
Qol: Pittas, 42.

Slovakiya – Rusiya 2:1
Qollar: Şkrinyar, 38. Mak, 74 – M.Fernandes, 71.

Xorvatiya – Malta 3:0
Qollar: Perişiç, 62. Modriç, 76-pen. Brekalo, 90.

Rusiya – 6, Xorvatiya – 6, Slovakiya – 5, Kipr – 4, Sloveniya – 3, Malta – 1.


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X