UEFA "Qəbələ" klubuna 5 000 avro ayırıb.
Fanat.Az xəbər verir ki, bu məbləğ "qırmızı-qaralar"ın Gənclər Liqasında 2020/21-ci il mövsümünün 1/64 final mərhələsində iştirakı zamanı səyahət və yerləşdirmə xərcləri üçün ayrılıb.
Həmin vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Qeyd edək ki, "Qəbələ" klubunun U-19 komandası martın 4-də UEFA Gənclər Liqasının 1/64 finalında Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gəlməli idi. Lakin UEFA İcraiyyə Komitəsi koronavirus pandemiyası ilə əlaqədar turniri ləğv edib.
Fanat.Az