İtaliyanın "İnter" klubu yeni loqosunu təqdim edib.
Fanat.Az xəbər verir ki, klubun rəsmi "tvitter" hesabı üzərindən yayımlanan loqo 3 rəngdən ibarətdir.
Loqoda daha çox diqqət "I" və "M" hərflərinə yönəldilib. "F" və "C" hərfləri də klubun adında saxlanılıb.
Qeyd edək ki, "İnter" İtaliya A seriyasında hazırda 65 xalla liderdir.
Fanat.Az