Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yarımmüdafiəçi Aleksey İsayevin sosial şəbəkədəki paylaşımına şərh yazan erməni dostunu "qardaş" adlandırmasıyla bağlı ünvanlanan suala cavab verib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis Serbiya ilə bu gün baş tutan matçın (1:2) ardından keçirilən mətbuat konfransında belə danışıb:
"İsayev özü də böyük səhv etdiyini başa düşüb, həmin paylaşımı silib. Gənc oyunçudur. Onu düzgün olmayan hərəkətinə görə öldürmək olmaz".