Fransanın "Lion” klubu müdafiəçisi Marselo Qedeslə bağlı qərar verib.
Fanat.Az Liqa I təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə yeni müqavilə imzalanıb.
33 yaşlı "samba"çının yeni sözləşməsi 2023-cü ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, 2016-2017-ci illərdə oynadığı Türkiyənin "Beşiktaş” klubundan Lion təmsilçisinə transfer olunan Marselo, cari mövsümdə 28 oyuna çıxıb, 2 qol vurub.
Fanat.Az