"Oyunumdan razıyam, daha yaxşısını da edə bilərdim. Belə rəqiblərə qarşı oynamaq çətin olur. Zehni olaraq çox çalışmışdıq, nəticədən razı qalmalıyıq. Qarşıda oyunlarımız var, asan olmayacaq, lakin bacaracağımıza inanıram”.
Fanat.Az xəbər verir ki, bu sözləri Serbiya milli komandasının futbolçusu Filip Kostiç DÇ-2022-nin seçmə mərhələsinin III turunda Azərbaycan yığmasını 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
"Novosti.rs” saytına danışan 28 yaşlı yarımmüdafiəçi səbəb olduğu penalti epizoduyla bağlı da danışıb: "Oyunçunu görməmişdim, topa ən qısa zamanda çatmağa çalışırdım. Sonra isə lazımsız reaksiya verdim. Əsas olan nəticədə qələbə qazanmağımızdır".
Qeyd edək ki, oyunda Serblərin hər iki qolunu Aleksandar Mitroviç, Azərbaycanın yeganə qolunu isə Emin Mahmudov penaltidən vurub.
Fanat.Az