Türkiyə millisinin futbolçusu Merih Demiral koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Xəbərə görə, "Yuventus"un 23 yaşlı müdafiəçinin testi ötən həftə yığmanın düşərgəsində müsbət çıxıb. Komandanın heyətində daha 3 oyunçuda infeksiya aşkarlanıb, lakin həmin şəxslərin adları açıqlanmayıb.
Demiral Turinə xüsusi təyyarə ilə qayıda biləcək.
Qeyd edək ki, 2019-cu ildən "Yuventus"da çıxış edən Merih Demiral Türkiyə millisinin DÇ-2022-nin seçmə mərhələsindəki ilk 3 oyununu buraxıb.
Fanat.Az