Polşa yığmasının və "Bavariya”nın hücümçusu Robert Levandovskinin zədəli olduğu haqda məlumat vermişdik.
Fanat.Az xəbər verir ki, artıq alman klubu futbolçunun durumu ilə bağlı vəziyyəti açıqlayıb.
Belə ki, DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turu çərçivəsində baş tutan Polşa – Andorra matçında zədələnən Levandovski bir ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.
Tibbi müayinədən keçən futbolçunun diz bağlarında gərilmə aşkarlanıb.
Qeyd edək ki, polşalı futbolçu Andorraya 3:0 hesabıyla qalib gəldikləri qarşılaşmanın 63-cü dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı. Bu görüşdə dubla imza atan forvard ilk turda Macarıstanla səfər matçında (3:3) da 90 dəqiqə oynamış və 1 qolla yadda qalmışdı.
Fanat.Az