İspaniya Sequndasında 32-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Kastelyon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
İsrafilov start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
"Albasete” 32 oyuna topladığı 29 xalla 22 iştirakçı arasında son pillədə qərarlaşıb.