Bu gün "Keşlə" klubunun azarkeşlərindən ibarət olan "Old Wolf" fan-klubunun 3 yaşı tamam olur.
Bu barədə Fanat.Az-a fan-klubun rəhbəri Elnur Yusifov məlumat verib.
Uzun müddətdir tribunalardan uzaq qalan azarkeş saytımız vasitəsi ilə Operativ Qərargaha müraciət edib:
"Keçən ilin mart ayından bu günə tribunadan uzaq düşmüşük. Növbəti tur "Qarabağ"la oyunumuz var, ancaq biz yenə də sevimli komandamızın yanında ola bilməyəcəyik. Başa düşürəm, pandemiya dövrüdür, vəziyyət çətindir. Amma nəzərə alsınlar ki, onsuz da bizim çempionatın oyunlarına elə də çox azarkeş gəlmir. Oyundan iki saat əvvəl gəlib yoxlasınlar və maska ilə daxil olaq. Ara məsafəni saxlamaq da bizim üzərimizə düşür. Operativ Qərargah və AFFA-dan xahiş edirik ki, bizi tribunaya qaytarsınlar!"
Röya Kərimli