AÇ-2020-də iştirak edəcək komandalar oyunlar üçün 25 futbolçu sifariş edə blər.
Fanat.Az xəbər verir ki, bununla bağlı təklifi Polşa Futbol İttifaqının rəhbəri Zbiqnev Bonek irəli sürülüb.
"The Times” nəşrinin yaydığı məlumata görə, onun təklifi UEFA-da müsbət qarşılanıb və nəzərdən keçiriləcəyi bildirilib.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun-11 iyula təxirə salınıb. AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
Fanat.Az