"Qalatasaray"ın yeni mövsüm üçün transfer siyahısı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Sabah" məlumat yayıb.
Nəşrin yazdığlna görə, İstanbul təmsilçisinin siyahısında 7 futbolçu var.
Klub futbolçuları Marsao, Luyindama, Arda Turan və Emre Akbaba ilə yeni müqavilə imzalamağı planlaşdırır.
"Kasımpaşa" ilə müqaviləsini uzatmayan Aytaç Kara ilə artıq razılığa gəlib və 28 yaşlı yarımmüdafiəçi yeni mövsümdən "Qalatasaray"da çıxış edəcəyi bildirilir.
İstanbul təmsilçisi milli komandann müdafiəçiləri Kaan Ayhan və Alpaslan Öztürklə maraqlanır. "Qalatasaray" eyni zamanda Türkiyə millisinin gənclər komandasının üzvü, "Keçiörengücü"nün futbolçusu Barış Alper Yılmazı da transfer etmək istəyir.
"Alanyaspor"dan Salih Uçan və "Fortuna"dan (Düsseldorf) Kenan Karaman da Fatih Tərimin bəyəndikləri sırasındadır.
Xəbərdə "Qalatasaray"ın "Leyptsiq"in 5 milyon avroya istədiyi Marselo Saraççi ilə vidalaşacağı, "Kristal Pelas"la müqaviləsi bitəcək müdafiəçi Van Aanholta ilinə 1 milyon 750 min avro qazanacağı 3 illik müqavilə təklif edəcəyi də qeyd olunub.
Fanat.Az