15:03 01.04.2021 1262

Emin Mahmudov: “Hər oyunda uduzmaq olmaz”

Azərbaycan millisinin və "Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovun müsahibəsi

- DÇ-2022-nin seçmə mərhələsində həm Portuqaliyaya, həm də Serbiyaya uduzduz…
- Hər iki oyun çox çətin idi. Qrupun favoritlərinə qarşı çıxış etdik. Portuqaliya matçı heç, amma Serbiyaya qarşı pis oynamadıq. Matç ərzində pressinq edirdik, top alırdıq. Qol epizodlarımız oldu. Amma bilirsiz ki, nəticə olmayanda nə qədər yaxşı çıxış edirsən et, heç bir dəyəri olmur. Əsas nəticədir ki, biz onu əldə edə bilmədik.

- Hər kəs millidən, futbolçulardan narazıdır. Necə düşünürsüz, bu situasiyanı dəyişmək mümkün olacaq?
- Azarkeşləri başa düşürəm. Doğrudan da son matçlar qələbələrimiz yoxdur. Çoxdan qalibiyyət əldə etmişik. 2 oyun udduğumuzun üstündən uzun müddət keçib. Onların narazılıqlarına haqq qazandırıram. Daha çox xal yığa bilərik, daha yaxşı oyun göstərə bilərik. Söz verim ki, udacağıq, bu da düzgün deyil. Çünki futbolda söz vermək mümkün deyil. Sadəcə, onun sözünü verə bilərəm ki, biz daha çox mübarizə aparacağıq, sona qədər vəziyyəti yaxşıya doğru dəyişmək üçün əlimizdən gələni edəcəyik.

- Gələcəyə ümidlər baxa bilirsiz, yoxsa azarkeşlər kimi siz də bədbinsiz?
- Əlbəttə ki, gələcəyə ümidlə baxırıq. Düşünürəm ki, komanda daha yaxşı şeylər edə bilər. Başa düşürük ki, bu, bizim üçün çətindir, bilirik ki, rəqiblər bizdən güclüdür. Amma yenə də biz meydana çıxıb nəticə əldə etməliyik. Hər oyun uduzmaq olmaz, hər dəfə qrup mərhələsini xalsız başa vurmaq olmaz. Fikrimcə, seçmə mərhələnin sonunda xoş bir nəticə olacaq.

- Portuqaliya və Serbiya ilə matçlarda meydanda idin və bundan əvvəl sənə şans verməyən məşqçilər də qınanılırdı. Serbiya ilə oyunda ən çox xal yığmışdın. Penalti qazanıb qol vurduqdan sonra hər kəs yazırdı ki, Emin Mahmudov oyunun ən yaxşısıdır və niyə gedib xaricdə çıxış etmir?
- Bilirsiz ki, çox çətindir. Azarkeşlər istəyir ki, biz tez bir zamanda yaxşı liqalarda oynayaq. Hamı deyir ki, Emin və başqaları xaricə niyə getmir? Yaxşı təkliflər olsa, bu dəqiqə xarici klubların birində oynayaram. Demirəm ki, mütləq "Top-5” çempionatlardan olsun. Amma ən azından bizim liqadan güclü, oynadığım komandadan daha üstün bir komandadan təklif gəlsin, gedim. Bunu tək mən yox, millinin hər üzvü istəyər. Amma indiki durumda bu yoxdur. Azərbaycan səviyyəsində liqalara getməyin də bir mənası yoxdur. Burdan bir az güclü liqaya getmək doğru deyil.

- Millinin baş məşqçisi Canni de Byazi bildirdi ki, Emin Mahmudov haqqında əvvəl başqa cür düşünürdüm, amma onunla danışdıqdan sonra fikirlərim dəyişdi. Aranızda hansı söhbətlər oldu?
- Bəli, Canni de Byazi ilə təlim-məşq toplanışından qabaq danışdıq. Aramızdakı söhbəti demək istəmirəm. Lakin şadam ki, bir-birimizi anladıq. O, mənə şans verir və mən də onun istəklərini yerinə yetirmək üçün meydanda əlimdən gələni edirəm.

- 2016/2017 mövsümündə "Boavişta”da olarkən orada qalmaq şansınız yox idi?
- Portuqaliya klubunda çıxış edərkən oradan ayrılmaq istəmirdim, oynamaq üçün can atırdım. Məşqçi şans vermirdi, nə qədər çalışsam da, oynamaq üçün şərait yaranmırdı. Əlimdən gələni etdim, amma alınmadı. Bu səbəbdən Azərbaycana gəldim. Peşman deyiləm, "Neftçi”dəyəm. Çox xoşdur ki, 4 ildir ki, bu komandada çıxış edirəm.

- "Neftçi”nin çempionluq şansı var və səncə, bu il artıq komanda istəyinə nail olacaq?
- Biz hazırda ancaq qarşıdakı matçı düşünürük. Əsas məqsədimiz "Sumqayıt” üzərində qələbə qazanıb ondan sonrakı oyuna köklənməkdir. Şanslarımızı dəyərləndirməliyik və hər matç artıq final kimidir. Düşünürəm ki, çətin rəqiblərə qarşı yaxşı hazırlaşmalıyıq və maksimum nəticə əldə etməliyik.
 
 Mənbə: Futbolinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X