DÇ-2022-nin seçmə mərhələsində Niderland və Norveçi yenən Türkiyə millisinin üzvlərinə verilən mükafatın məbləği müəyyənləşib.
Fanat.az "Ajansspor"a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası hər oyuna görə ilk "11-lik"də oynayan hər futbolçuya 100, meydana sonradan çıxanlara 75, adı heyətdə yer alanlara 50 min avro verib. Ümumi mükafat məbləği 3 milyon 750 milyon avro olub.
İki oyunun nəticəsinə görə, futbolçuların aldıqları mükafatlar:
Uğurcan Çakır, Çağlar Söyüncü, Umut Meraş, Ozan Tufan, Okay Yokuşlu, Hakan Çalhanoğlu, Yusuf Yazıcı, Kenan Karaman, Burak Yılmaz, Mert Günok, Altay Bayındır - 200 min avro
Ozan Kabak, Kaan Ayhan - 175 min avro
Mert Müldür, Caner Erkin, Enes Ünal, Taylan Antalyalı - 150 min avro
Deniz Türüç - 125 min avro
Cenk Tosun, Dorukhan Toköz , Zeki Çelik, Orkun Kökçü - 100 min avro
Halil Akbunar - 75 min avro
Emre Kılınç, Abdülkerim Bardakçı - 50 min avro
TFF-nin mükafat sistemi birmənalı qarşılanmayıb. Əksər jurnalistlər və ictimaiyyət nümayəndələri həddən artıq yüksək məbləğdə mükafatın veriləsinə görə federasiyanı tənqid edib.
Fanat.az