Türkiyə millisinin və Almaniyanın "Fortuna” klubunun futbolçusu Kenan Karaman koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 27 yaşlı hücumçunun Türkiyə yığmasının düşərgəsindən qayıtdıqdan sonra verdiyi koronavirus testinin müsbət çıxdığı bildirilib.
Karaman dərhal evində karantinə alınıb.
Qeyd edək ki, buna kimi Türkiyə yığmasının dahal 12 futbolçusunda koronavirus aşkarlanmışdı.