Azərbaycan I divizionunda XIX turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçirilib.
"Neftçi-2” doğma meydanda MOİK-i qəbul edib. "Ağ-qaralar” rəqibini 7 cavabsız qolla məğlub edib. "Zaqatala” səfərdə "Sabah-2” üzərində qələbə qazanıb - 4:3.
Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Turan Tovuz" "Qarabağ-2"yə 2:1, "Keşlə-2" "Qaradağ Lökbatan”a 1:0 hesabı ilə qalib gəlib. Tura sabah yekun vurulacaq.
I divizion
2020/21 mövsümü
III dövrə, XIX tur
2 aprel
Neftçi-2 - MOİK 7:0
Qollar: Vüsal Əsgərov, 33. Asim Əlizadə, 36; 69-pen. Emin Zamanov, 46. Famil Camalov, 57. Valeh Qəhrəmanlı, 85. Əli Mürsəlov, 90+4.
Sabah-2 - Zaqatala 3:4
Qollar: Fərid Kərimzadə, 24. Samir Məhərrəmli, 64. Əli Abdullayev, 89-avtoqol – Bəhruz Teymurov, 45; 54-pen. Xəqani Sadıxov, 48. Əsədulla Heydərov, 71.