Braziliya yığmasının və "Fənərbağça”nın sabiq yarımmüdafiəçisi Aleks de Souza məşqçiliyə başlayıb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı braziliyalı bunu öz "Twitter” səhifəsində bəyan edib.
O, "San-Paulo” ilə müqavilə imzalayıb. Veteran ulduz klubun U-20 komandasını çalışdıracaq.
Qeyd edək ki, 2004-12-ci illər aralığında "Fənərbağça”da oynamış məşhur oyunçu 2015-ci ildə futbolçu karyerasını başa vurub. Türkiyə klubunda keçirdiyi 9 mövsüm ərzində 344 oyuna çıxan Aleks 171 qol, 147 məhsuldar ötürmə ilə yadda qalıb.