"Rubin"in gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya "Bavariya"ya keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Express.de" yayıb.
Mənbə 20 yaşlı futbolçunun agenti Mamuka Cuqeliyə istinad edib.
Bu mövsüm "Rubin"ın formasıyla Rusiya Premyer Liqasında 20 matça çıxan Xviça 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, sözügedən futbolçu "Kəpəz" (1997-1998) və "Şəmkir"də (1998-2005) oynamış, eləcə də, Azərbaycan millisində 3 oyun keçirmiş Badri Kvaratsxeliyanın oğludur.