"Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidana ABŞ-ın "İnter Mayami” klubuna keçə bilər.
Fanat.Az xəbər verir ki, 26 yaşlı futbolçu hazırda klubun düşərgəsində baxışdadır.
Futbolçu ilə bağlı qərar məşqçilər korpusunun rəyindən sonra veriləcək.
Qeyd edək ki, "İnter Mayami” klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir.
Xatırladaq ki, Enzo, 2012-2017-ci illər aralığında "Real”da çıxış edib. S
onradan İspaniyanın "Almeriya” klubunda oynayan yarımmüdafiəçi ötən ilin oktyabrından azad agentdir.
Fanat.Az