İngiltərə Premyer Liqasında 30-cu tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə dörd görüş reallaşıb.
Açılış matçında "Çelsi” doğma meydanda autsayder "Vest Bromviç” önündə aciz qalıb. "Zadəganlar” Tomas Tuxelin gəlişindən bəri ilk dəfə yenilgi alıb.
Lider "Mançester Siti” çətin "Lester” səfərindən itkisiz dönüb.
Turun mərkəzi qarşılaşması isə Londonda keçirilib. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan "Arsenal” "Liverpul”u qəbul edib. Bu mövsüm zədələlilərin çoxluğu üzündən hədəflərindən uzaqlaşan "qırmızılar" "topçular"a 3 cavabsız qol vurub.
İngiltərə Premyer Liqası
30-cu tur
3 aprel
Çelsi – Vest Bromviç 2:5
Qollar: Pulişiç, 27. Mount, 71 – M.Pereyra, 45+2; 45+4. Robinson, 63; 90+1. Diaqne, 68.
Lids – Şeffild Yunayted 2:1
Qollar: Harrison, 12. Jaqielka, 49-öz qapısına – Osborn, 45+2.
Lester – Mançester Siti 0:2
Qollar: B.Mendi, 58. Q.Jezus, 74.
Arsenal – Liverpul 0:3
Qollar: Jota, 64; 82. Salah, 68.
4 aprel
15:00 Sauthempton – Börnli
17:05 Nyukasl – Tottenhem
19:30 Aston Villa – Fulhem
22:30 Mançester Yunayted – Brayton
5 aprel
21:00 Everton – Kristal Pelas
23:15 Vulverhempton – Vest Hem