Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” klubu Almaniya 2-ci Bundesliqasında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, komanda 27-ci turun oyunları çərçivəsində səfərdə "Regensburq”la qarşılaşıb.
Nazarovun 87 dəqiqə top qovduğu görüş 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, "Ersgebirge” 37 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Fanat.Az