12:53 05.04.2021 831

Millimizin iki üzvü sıradan çıxdı

Azərbaycan millisinin legioner futzalçıları Bolinya və Eduardo Borges komanda ilə məşqlərə başlayıblar.

Fanat.Az xəbər verir ki, bu barədə Edu federasiyanın mətbuat xidmətinə açıqlama verib. Braziliyalı oyunçu ilk məşqinin bir qədər çətin alındığını, bugünkü hazırlıq prosesində daha rahat məşq edəcəyini söyləyib.

O, ilk məşqin komandası üçün yaxşı alınmadığını da diqqətə çatdırıb: "Hadı Əhmədi və Əmir Şocayi zədələndi. Bu da onların özlərini baş məşqçiyə yaxşı tərəfdən göstərmək istəyindən irəli gəlirdi. Ümidvaram ki, hər şey yaxşı olacaq və hər iki futzalçı bizimlə birgə səfərə yollanacaq”.

Futzalçı Qalonun komandaya qoşulmasından sonra daha da güclənəcəklərini, itkilərin isə komandaya çətinlik yaradacağını qeyd edib. Müdafiəçi Slovakiya ilə qarşılaşmada şansların bərabər olduğunu da vurğulayıb: "Şanslar 50-nin 50-yədir. Biz qələbə qazansaq, liderliyimizi təmin edəcəyik. Elə səfərə də bu məqsədlə yollanacağıq. İstəyimizi reallaşdıracağımıza inanırıq”.

Eduardo birinci pilləni təmin etmək üçün Slovakiya ilə görüşdə 1 xalın kifayət edəcəyini, amma meydana sırf heç-heçə üçün çıxmayacaqlarını deyib: "Bilirik ki, Slovakiya ilə görüşdə heç-heçə də bizə məqsədimizi reallaşdırmağa yetir. Ancaq meydana heç vaxt 1 xal üçün çıxmamışıq. Bizə iki oyundan 6 xal lazımdır. Onda həm də əhval-ruhiyyəmiz yüksək olacaq. Eyni zamanda, indi UEFA-nın tərtib etdiyi reytinq cədvəlində 5-ci pillədə qərarlaşmışıq. Qələbələr qazanmalıyıq ki, xal ehtiyatımızı artıraq. Əks təqdirdə, hamımız əsəbi, gərgin olacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə aprelin 8-də səfərdə qarşılaşacaq. Qrupda son oyun isə aprelin 14-də Bakıda Yunanıstana qarşı olacaq. Yığma artıq qrup liderliyini təmin edərək, tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
17:56

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

17:53

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

16:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X