Rusiyada gənclərdən ibarət "Znamya Truda" komandasının futbolçusu Nikita Sidorov oyun zamanı ölüb.
Fanat.Az xəbər verir ki, 18 yaşlı oyunçunun səhhəti Orexovo-Zuyevo şəhərindəki "Torpedo" stadionunda keçirilmiş qarşılaşmanın gedişində pisləşib. Nəticədə o, yerindəcə keçinib. Klubdan ölümün ilkin səbəbi kimi beyin damarının partlaması olduğu bildirilib.
2020-ci ilin iyulunda da "Znamya Truda"nın məşqində xoşagəlməz hadisə baş verib. Gənc qapıçı İvan Zabrovskini ildırım vurub. Nəticədə o, xəstəxanaya yerləşdirilib və bir neçə günlük müalicədən sonra evinə buraxılıb.
Fanat.Az