"Milan” Zlatan İbrahimoviçlə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə "Tuttomercato” məlumat yayıb.
Nəşrin yaydığı xəbərə görə, 39 yaşlı hücumçu ilə bir illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, İbrahimoviç bu mövsüm A Seriyasında 16 oyunda 15 qol vurub. İsveçli futbolçunun əvvəlki müqaviləsi iyula qədər idi.
Fanat.Az