"Barselona” ulduz futbolçusu Lionel Messiyə ömürlük müqavilə təklif etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Xəbərə görə, sözləşməyə əsasən argentinalı hücumçu karyerasını bitirdikdən sonra da Kataloniya klubundan maaş alacaq.
Messinin bu təklifi qəbul edəcəyi təqdirdə, "Barselona”da vida matçı keçirməlidir. Ancaq 33 yaşlı hücumçu klubdan ayrıldıqdan sonra karyerasını başqa ölkədə davam etdirmək istəsə, müqavilə şərtləri qüvvədən düşəcək.
Qeyd edək ki, 2005-ci ildən "Barselona”da çıxış edən Messinin indiki müqaviləsi mövsümün sonuna qədərdir.
Fanat.Az