İspaniyanın "Alaves” klubu yeni baş məşqçi ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, La Liqa təmsilçisi Xavyer Kalyexa ilə anlaşıb.
42 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, son olaraq "Osasuna” komandasında çalışan ispan mütəxəssis "Alaves”də Abelardo Fernandesi əvəzləyib.
Xatırladaq ki, "Alaves” La Liqada 29 turdan sonra 23 xalla 19-cu pillədə qərarlaşıb.
Fanat.Az