İngiltərə Premyer Liqasında mübarizə aparan klubları növbəti dəfə koronavirus testindən keçib.
Fanat.Az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 29 mart-4 aprel aralığında 2264 nəfərdən götürülmüş koronavirus testlərindən birinin nəticəsinin müsbət olduğu bildirilib.
Koronavirusa yoluxan şəxsin adı açıqlanmayıb və dərhal karantinə alınıb.
Fanat.Az