16:55 06.04.2021 980

"Qurban Qurbanov istəsə, ..." - Ansi Aqolli

"Qarabağ" klubunun və Albaniya milli komandasının sabiq futbolçusu Ansi Aqollinin müsahibəsi...

- Albaniya mətbuatında çıxan xəbərlərə görə, 2016-cı ildə yığmanın keçmiş baş məşqçisi Canni De Byaziyə verilmiş diplomatik pasport ləğv edilib. Məsələdən məlumatınız var?
- Bəli, doğru xəbərdir. Avropa çempionatının final mərhələsinə vəsiqə qazananda Albaniya hökuməti De Byazi də daxil olmaqla, milli komandanın bütün üzvlərinə diplomatik pasport vermişdi. Amma bir həftə öncə həmin sənədləri bizdən aldılar.

- Bu addım hansı səbəbdən atılıb?
- Səbəbini mən də bilmirəm. Açığı, bir az əsassız qərardır. Çünki pasportun vaxtının bitməsinə hələ 5 il qalmışdı.

- Ümumiyyətlə, bu pasportun nə kimi üstünlüyü var?
- Belə bir pasportunuz varsa, avtomatik olaraq, diplomatik heyət üzvü hesab olunursunuz. Məsələn, Rusiyaya getmək istədikdə, viza lazımdır. Amma bu sənədlə vizaya ehtiyac qalmır. Pasport daim yanımda olsa da, ondan heç vaxt istifadə etməmişəm.

- Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Serbiya yığmalarına qarşı oyunlarını izlədinizmi?
- Əlbəttə. Nəticələr yaxşı olmadı. Portuqaliyaya məğlubiyyət məntiqlidir. Çünki çox yaxşı kollektivdir. Daha əvvəl biz də bu yığmaya qarşı oynamışıq. Eyni şeyi bizə qarşı da etmişdilər: topa nəzarət, çoxlu qol şansı, biz tərəfdən isə yalnız müdafiə. Serbiya ilə matçda isə xal qazanmaq üçün əla şans var idi. Amma hesabı bərabərləşdirdikdən sonra rəqibə bu qədər asan qol şansı verməmək üçün daha çox mübarizə aparmalı, meydanda bütün gücünü ortaya qoymalısan. Belə rəqiblər yarım-şansdan da istifadə edirlər. Bu səviyyədə hər detal fərq yaradır. Nəticə qazanmaq istəyirsənsə, meydanda ürəyini qoymalı, lazım gələrsə, otu yeməlisən. Çünki bayraq və öz xalqın üçün oynayırsan.

- Albaniya yığması isə seçmə mərhələyə 2 qələbə və 1 məğlubiyyətlə başladı. Doğma komandanızın çıxışı barədə nə deyə bilərsiniz?
- Start uğurlu oldu. 3 oyundan 6 xal götürdülər. Sadəcə, İngiltərə millisinə uduzdular ki, bu da başadüşüləndir. Rəqib dünya nəhəngidir. Daha yaxşısını edə bilərdilərmi? Düşünürəm ki, mümkün idi. Çünki yığmanın keyfiyyəti var. Sadəcə, rəqibdən daha çox mübarizə aparmalısan.

- "Qarabağ"ı diqqətdə saxlayır, oyunlarına baxırsınız. Son turda "Keşlə" ilə heç-heçə etsələr də, "Neftçi"nin məğlubiyyətindən sonra Azərbaycan Premyer Liqasının turnir cədvəlində liderliyə yüksəldilər. Komandalar arasında çempionluq şansını necə dəyərləndirirsiniz?
- Hələ heç nə bitməyib, mübarizə davam edir. Amma "Qarabağ"da qələbə mentaliteti və təcrübəsi var. Bu, komandaya kömək edəcəkmi? Hər şeyi zaman göstərəcək.

- Gələcəkdə sizi yenidən "Qarabağ"da görə bilərik?
- Hazırda ailəmlə birlikdə ABŞ-da yaşayıram. Cəmi 5 ay ərzində 80-dən çox uşaq toplayan akademiyam var. Mənə görə, "Qarabağ" Avropanın ən peşəkar məşqçi heyətinə malikdir. Amma bir gün baş məşqçi Qurban Qurbanov mənim köməyimə ehtiyac duysa, heç vaxt imtina etmərəm. Bu komandada oynamaq mənim üçün böyük şərəf idi. Fürsətdən istifadə edib, Azərbaycan xalqına da təşəkkürümü bildirmək istəyirəm. Onların sevgisi məni planetin ən xoşbəxt insanı etdi. Bu insanların qəlbimdə xüsusi yeri var.

- Fevralda Bakıya səfəriniz zamanı müsahibənizdə "Qarabağ"la mümkün əməkdaşlıq variantını istisna etməmişdiniz. Bu istiqamətdə hər hansı irəliləyiş var?
- Əlbəttə, əməkdaşlıq olacaq. Pandemiyanın bitməsini gözləyirik. Gələcəkdə akademiyamızın uşaqlarını Bakıda turnirə gətirməyi planlaşdırırıq. Bu, onlar üçün də böyük təcrübə ola bilər.

- Bəs "Qarabağ"ın azyaşlı futbolçularının sizin akademiyanızda təcrübə keçmələri necə, mümkündürmü?
- Niyə də olmasın?! Amma akademiya cəmi 5 aydır fəaliyyət göstərir. Görüləsi işlərimiz çoxdur.
 
Mənbə: Report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X