Türkiyə Superliqasında 33-cü tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə üç görüş reallaşıb.
"Göztəpə” evdə "Rizəspor”u yenibsə, "Fatih Karagümrük” "Hatayspor”u üstələyib.
Bu mövsüm hədəflərindən uzaq düşən "Trabzonspor” isə autsayderlər sırasında yer alan "Kayserispor”u məğlub edə bilməyib.
Türkiyə Superliqası
33-cü tur
6 aprel
Göztəpə – Rizəspor 2:0
Qollar: H.Akbunar, 56. Ndiaye, 78.
Fatih Karagümrük – Hatayspor 1:0
Qol: Sobiex, 70.
Trabzonspor – Kayserispor 1:1
Qollar: Bakasetas, 29 – M.Çelik, 6.
7 aprel
17:00 Gənclərbirliyi – Ərzurumspor
17:00 Konyaspor – Ankaragücü
20:00 Antalyaspor – Sivasspor
20:00 Beşiktaş – Alanyaspor
8 aprel
17:00 Dənizlispor – Kasımpaşa
17:00 Qaziantep – Başakşəhər
20:00 Yeni Malatyaspor – Fənərbağça