Türkiyənin "Yeni Malatyaspor” klubunda növbəti dəfə koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, klubun 4 üzvünün testinin cavabı müsbət çıxıb. Onlardan ikisinin futbolçu, ikisinin isə klubun işçisi olduğu bildirilib.
Qeyd edək ki, "Yeni Malatyaspor”da bundan əvvəl 4 nəfərdə koronavirus aşkarlanmışdı.
Fanat.Az