"Bavariya"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda PSJ-dən aldıqları yenilgini dəyərləndirib.
Fanat.Az-ın məlumatına görə, alman çalışdırıcı 2:3 hesablı yenilgiyə belə şərh verib:
"Oyunu fərqli hesabla bitirə bilərdik. Yaratdığımız qol imkanlarını nəzərə alsaq, burdan qələbəylə də gedə bilərdik. PSJ qol vəziyyəti yaratmadan qapımıza üç top vurdu. Futbolçularımın çıxışından razı qaldım".