Braziliyanın Rio-de-Janeyro ştatının rəhbərliyi "Marakana" stadionuna Pelenin adını verməkdən imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən ölkəni mətbuatı məlumat yayıb.
Xəbərə görə, buna yerli sakinlərin kütləvi narazılığı səbəb olub. Əhali şəhərin diqqətəlayiq obyektinin ştatda heç vaxt yaşamamış üçqat dünya çempionunun adını daşımasını yersiz sayıb. Nəticədə Braziliya hökumətinin hazırladığı qanun layihəsinə ştat qubernatoru veto qoyub.
Layihənin əleyhinə çıxanlardan biri 1970-ci ildə Pele ilə dünya çempionluğunu qazanmış Gerson, digəri isə 1950-ci ildə "Marakana" layihəsini həyata keçirmiş braziliyalı jurnalist Mario Filyonun nəvəsi olub.
Qeyd edək ki, braziliyalı əfsanəvi futbolçu Pele karyerasının 1000-ci qolunu "Marakana” stadionunda vurub.
Fanat.Az