"Milan”ın hücumçusu Zlatan İbrahimoviç filmdə çəkiləcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Lequipe” nəşri məlumat yayıb.
Xəbərə görə, 39 yaşlı futbolçu "Asteriks və Obeliks: İpək yolunda” filmində rol alacaq. İbrahimoviç filmdə Antivirus obrazını canlandıracaq.
Qeyd edək ki, filmin təqdimatı 2022-ci ilə planlaşdırılır.
Fanat.Az