Türkiyə millisinin və "Feyenoord”un futbolçusu Orkun Kökçü İngiltərə klublarının diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail” məlumat yayıb.
Xəbərə görə, "Arsenal” və "Tottenhem” 20 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Artıq "Tottenhem” rəsmiləri futbolçunun menecerləri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Orkun Kökçü Azərbaycan U-21 millisinin üzvü Ozan Can Kökçünün qardaşıdır.
Fanat.Az