Azərbaycanlı futbolçu İbrahim Qədirzadənin formasını geyindiyi "Samtrediya” Gürcüstan çempionatında VIII turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda səfərdə Tiflis "Dinamo”su ilə qarşılaşıb və 1:2 hesabı məğlub olub.
21 yaşlı müdafiəçi görüşün 66-cı dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Samtrediya” 8 oyuna topladığı 4 xalla hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.