Türkiyə Superliqasında 34-cü tur başa çatıb.
Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə üç görüş reallaşıb.
"Kasımpaşa” - "Yeni Malatyaspor” matçı qolsuz bərabərliklə bitib. Yetərincə bol qollu və dramatik alınan "Alanyaspor” – "Dənizlispor” oyununda sevinən tərəf meydan sahibləri olub.
"Qaziantep"i qəbul edən "Fənərbağça” isə inamlı qələbə qazanıb.
Türkiyə Superliqası
34-cü tur
12 aprel
Kasımpaşa – Yeni Malatyaspor 0:0
Alanyaspor – Dənizlispor 3:2
Qollar: B.Kutlu, 54. E.Bekiroğlu, 68. M.Pektemek, 88 – Bakalorz, 27. Tuşa, 51.
Fənərbağça – Qaziantep 3:1
Qollar: M.Yandaş, 56. Valensiya, 71. S.Gümüş, 90+5 – Maksim, 66.