"Real" klubunun hazırkı prezidenti Florentino Peres növbəti dəfə bu vəzifəyə seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Nəşrin yaydığı xəbərə görə, 75 yaşlı funksioner yeganə namizəd olduğu üçün səsvermə belə keçirilməyib.
Yeni müqaviləyə əsasən, Peres 2025-ci ilədək Madrid təmsilçisinə rəhbərlik edəcək.
Qeyd edək ki, 2009-cu ildən "Real"ın prezidenti olan funkisioner 2000 - 2006-cı illərdə də "kral klubu"nun rəhbəri olub.
Fanat.Az