10:29 15.04.2021 835

Millimizin kapitanı: "Çatışmazlığa rəğmən tez toparlandıq"

"Yunanıstanla ilk duelimiz onların meydanında olmuşdu. Həmin görüşdə 3:0 hesablı qələbə qazanmışdıq. Bu dəfə isə doğma meydanda üz-üzə gəldik".

Fanat.Az xəbər verir ki, bu fikirləri futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev federasiyanın rəsmi saytına açıqlamasında evdə Yunanıstan yığmasını 4:0 hesabı ilə darmadağın etdikləri Avropa çempionatının seçmə mərhələ oyunu barədə danışarkən deyib.

42 yaşlı müdafiəçinin sözlərinə görə, komandası bu görüşədək qarşıya qoyulan tapşırığın öhdəsindən gəlmişdi: "Buna baxmayaraq, doğma meydan amilindən maksimum istifadə etməyə çalışdıq. Üstəlik, reytinq xallarımızı da artırmaq istəyirdik. Qarşılaşma tam üstünlüyümüz şəraitində keçdi və bu dəfə daha çox qol vurduq".

Altıncı dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcəklərini xatırladan futzalçı turnirin startınadək kifayət qədər vaxt olduğunu söyləyib: "Yaxşı hazırlıq keçməliyik ki, oradakı oyunlarda da uğur qazanaq".

Millinin hücumçusu Xətai Bağırov isə bildirib ki, bu qarşılaşmada da meydana maksimum nəticə üçün çıxıblar: "Bunu bacardıq. Vacib məqam bu cür çətinliyə rəğmən qarşıya qoyulan məqsədə nail olmağımız idi. Bilirsiniz ki, pandemiya ilə əlaqədar 10 ay idi idman zalında məşq etmir, heç bir oyun keçirmirdik. Rəsmi matçlardan əvvəl bir dənə yoldaşlıq görüşü oynamadıq. Bu qədər çatışmazlığa rəğmən tez toparlandıq, ardıcıl qələbələr qazandıq”.

Təcrübəli futzalçı oyun zamanı rəqib qapıçı ilə üzbəüz qaldığı epizodda qol vurmaq əvəzinə ötürmə verməsinə də aydınlıq gətirib: "Fikirləşdim ki, Fineo məndən daha yaxşı mövqedədir. Ona ötürmə etsəm, qol vurmaq imkanı daha yaxşıdır. Həmin anda o da nəsə fikirləşdi, zərbə vurmaq əvəzinə aldatmağa çalışdı. Əslində, özüm vurmalı idim. Vacib olan qələbə qazanmaq idi, onu da bacardıq”.

Forvard yekunda Azərbaycan millisinin yer aldğı qrupla bağlı bunları deyib: "Əsas rəqiblərimiz Slovakiya və Moldova yığmaları idi. Hər iki rəqibi yaxşı analiz etdik, oyunlara hazırlaşdıq. Qazandığımız nəticə hər şeyi düzgün etdiyimizi göstərir".
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X