Azərbaycan reallığı: Böyük futbola ehtiyac olmayanda - VİDEO
Sumqayıt Dövlət Universitetinin ərazisində olan stadion iki hissəyə ayrılaraq ortasında yol çəkilib.
Stadionun içindən çəkilən yolun hər iki tərəfinə ağac və gül kollarıda əkilib.
Sumqayıt Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Elmar Xəlilov Baku TV-yə bildirib ki, 15 il əvvəl idman dərsləri tədris planında yer alsa da, sonradan respublikada təhsilin Bolonya sisteminə keçidi bu sahəni tamamiylə ləğv edib:
"Bu səbəbdən SDU-da belə bir stadionun mövcudluğuna lüzum görülməyib. Tələbələr üçün universitet daxilində qapalı yaşıl örtüklü stadion var. Mini-futbol meydançası yaradılıb. SDU-nun idman zalında hər cür şərait var”.