Almaniyanın "Herta" komandası tam tərkibdə karantinə alınıb.
Fanat.Az xəbər verir ki, buna Pal Dardai, onun köməkçisi Admir Hamzagiç, futbolçular Dodi Lükebakio və Marvin Plattenhardtın koronavirusa yoluxmaları səbəb olub.
"Bild"in yaydığı məlumata görə, yerli hakimiyyət orqanlarının bu qərara israr etdiyi bildirilib. Bu, Bundesliqada 4 müsbət test üzündən bütün komandanın təcrid olunduğu ilk haldır.
Qeyd edək ki, "Herta" Bundesliqada "Maynts", "Frayburq" və "Şalke" ilə matçları buraxacaq.
Fanat.Az