Premyer Liqanın XXIII turunda "Səbail"lə matçın ilk hissəsində zədələnərək əvəzlənən Filip Ozobiçin durumuna aydınlıq gəlib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı futbolçu bu gün həkim müayinəsindən keçib.
Müayinədə Filip Ozobiçin sol incik sümüyünün yuxarı 1/3 hissəsinin yerini dəyişməyən sınığı aşkarlanıb. Bununla yanaşı, əzələ toxumalarının həmin nahiyədə əzniyi və əzələarası hematoma müəyyən edilib.
Bu səbəbdən Filip Ozobiçin mövsümün sonuna qədər oynamayacağı dəqiqləşib.
Fanat.Az